Məşhur sekspatoloq Dr. Susan Blok erotik yuxuların insanlar tərəfindən yanlış yozulduğunu bildirir. Onun sözlərinə görə, məsələn, yuxuda sevişmək həmin şəxsi arzuladığınızı göstərmir. Bütün yuxular kimi seks və cinsi həyatla bağlı yuxular da sizin üçün əhəmiyyət daşıyan hadisələrə işarə edir.

”Yeni Gündəm” yuxu yozumu mütəxəssisi Lauri Loivenberqin sekslə bağlı yuxular haqqında yazdığı məqalənin hamı üçün maraqlı olacağını düşünərək yazıdan maraqlı hissələri təqdim edir:
Loivenberq sekslə bağlı yuxulara diqqət yetirməyi və yuxunun çatdırdığı ismarışlardan real həyatda istifadə etməyi məsləhət bilir.
O, yuxunun bir müddət sonra yaddan çıxdığını nəzərə alaraq yuxular üçün xüsusi bir dəftər ayırmağı tövsiyyə edir. Onun fikrincə, bu dəftərə gördüyünüz hər yuxunu yazaraq şüuraltınızın sizə verdiyi mesajları daha yaxşı anlaya bilərsiniz.
Lauri Loivenberq insanların 90 faizinin həyatlarının müxtəlif dövrlərində gördükləri, ən çox rast gəlinən sekslə bağlı yuxuların mənalarını araşdırıb.
Onun fikrinə görə, sekslə əlaqədar görülən yuxular arasında tanış biriylə sevişmək və ya öpüşmək kimi temalara daha çox rast gəlinir.
Bu cür yuxular o insanı arzuladığınız mənasını vermir. Bu tip yuxular həmin adamın sahib olduqlarında gözünüz olduğunu göstərir. Onun hansısa xüsusiyyətinə və ya əldə etdiklərinə qibtə etdiyiniz halda belə yuxular görə bilərsiniz.