Bu gün, Avropanın bir hissəsində Rusiya və Ukrayna, eləcə də Yaxın Şərqdə dəhşətli, milyonlarla insana fəlakət gətirən müharibələr Bəyannamənin qəbulunun əsas səbəblərinə tam biganəliyin nəticəsidir.
Bunu “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, söhbət 1-2 nəfərin deyil, milyonlarla, on milyonlarla insanın taleyindən gedir:
“Göründüyü kimi, insan hüquqlarının müdafiəsi adı altında dünyanın yenidən bölgüsü, geosiyasi maraqların savaşı gedir. Hüquq hazırda ən çox devalvasiyaya uğrayan məfhumdur”.
“Müstəqillik tarixində torpaqların işğalı, ərazi bütövlüyünün pozulması bütün səviyyələrdə xalqımızın və beynəlxalq hüququn natamamlığı idi. Vətən müharibəsi İnsan Hüquqları Bəyannəməsinin 75-ci ildönümünə ən böyük töhfə oldu, çünki Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə nəinki bir milyon köçkünün, eləcə də, regionda və dünyada ədaləti təcəssüm etdirən parlaq Zəfər qazandı. İndi Böyük Qayıdış konstitsuion haqlarına qovuşmağın təntənəsidir. Beləliklə, regionda və dünyada formalaşan yeni reallığın – insan haqlarının təminatıının fərqli nümunəsi yaranıb.
Lakin ölkəmizin suverenliyinin Xankəndi zirvəsindən sonra Amerika, Kanada, Avropa İttifaqı, xüsusən də Fransa və Almaniya, onların əlaltı dövlətləri necə ikiüzlü və məkrli siyasət aparır, açıq şəkildə bölgənin təhlükəsizliyinə zərbə vurur, fərdin hüququnu qorumaq adı altında millətlərin haqlarını məhv etmək üçün aqressiv addımlar atırlar”, – deyə o, çıxışı zamanı bildirib./APA