Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Vüqar Mürsəlov tutduğu vəzifədən azad edilib.
“Yeni Gündəm”-in xəbərinə görə, bir müddət əvvəl Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsinin icrası tibb xidməti polkovniki Roman Çobanova həvalə edilib.
Lent.az