Qazaxıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Astanada rəsmi qarşılanma mərasimi təşkil olunub. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər, hər iki ölkənin dövlət himnləri səsləndirilib, daha sonra protokola uyğun olaraq Zakir Həsənov fəxri qonaqlar kitabına yazı yazıb.
Sonra Qazaxıstan Müdafiə Nazirliyində görüş keçirilib. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.