Zakir Həsənov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşdübackend

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgün ilə görüşüb.

Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.