“Bildiyiniz kimi bu gün cənab Prezident İlham Əliyev xalqa müraciət etdi”.
“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edən zaman deyib.
“Ordunun bütün şəxsi heyəti ilə birgə müraciəti dinlədim. Bilin ki, cənab Ali Baş Komandan çox ciddi məsələlərə toxundu. Şəhidlərimizin xatirəsini anırıq. Mərazlarını ziyarət edirik. Tədbirdə şəhidlərimizin yaxınları iştirak edir, xahiş edirəm onlara diqqət göstərəsiz. Yəqin ki, günün planına uyğun tədbirlər davam edəcək”