Zambiyalı müşahidəçi: “İnsanların fəallığını görürük”backend

Qoşulmama Hərəkatının Gənclər Təşkilatının xətti ilə Azərbaycanda növbədənkənar prezident seçkilərində Zambiyadan olan müşahidəçi Edvard Mvaba (Edward Mwaba) səsvermə prosesi ilə bağlı hər şeyin çox yaxşı olduğu qənaətindədir.

Müşahidəçi qeyd edib ki, məntəqələrdə prosesləri yaxından izləyirlər.

“İndiyədək müşahidələrdən gəldiyimiz qənaət budur ki, hər şey çox yaxşıdır. İnsanların fəallığını görürük. Çox xoşbəxt bir şəkildə gəlib səsvermədə iştirak edirlər. Seçki məntəqələrində dinclik hökm sürür, hər hansı bir mübahisə, qarışıqlıq və problem yoxdur. Hər kəs çox istəkli şəkildə səsvermə hüququndan istifadə edir”, – o vurğulayıb.

Report