Zaur Kamal “Xəzər TV”-dən çıxarılıb? – AÇIQLAMAbackend

Xəzər Media Mərkəzinin 103 və 103.3 FM radio dalğalarının rəhbəri, eyni zamanda “5/5” verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətlərinin əlindən alındığı haqda xəbər yayılıb.

“Yeni Gündəm” bildirir ki, AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Zaur Kamalla əlaqə saxlayıb. O, deyilənləri təkzib edib: “Mən radioda rəhbər olmamışam, baş redaktor vəzifəsində çalışmışam və indi də işimin başındayam.  “5 də 5”  gəldikdə isə o, verilişin illərdir aparıcısıyam, layihə rəhbəri isə Rauf Sübhidir. Yəni, heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, xəbəri mediatime.az saytı yayıb.