Peşəkar Futbol Liqasında (PFL) yeni kadr təyinatı olub.
PFL-in rəsmi saytında bildirilib ki, rəhbərliyin qərarına əsasən, qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.
Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da fəaliyyət göstərir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.
Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.