Zaur Mikayılov daha bir qudasına vəzifə verdi – YENİLƏNDİbackend

Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

Qafqazinfo

***

10:59

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.

Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri  Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.