“Zaurun hesabına reytinq qazanan kanaldan bundan artıq nə gözləmək olar?!“backend

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) “ARB” telekanalına qarşı sərt ittihamlar səsləndirib.

“Yeni Gündəm” xəbər verir ki, o, telekanalın onun haqqında olan materialları montajla sildiyini iddia edib.

Tolik qeyd edib ki, şou əhli “ARB”-nin efirində onun adını çəksə də telekanal bu hissələri efirə getməyə qoymur:

“O gün Manaf Ağayevlə danışıram, deyir ki, Günelin (“Pişik” Günel) məsələsini “ARB” telekanalında danışmışam, sənin də adını çəkmişəm. İndi də müğənnilər mənə yığıb deyir ki, səndən danışmışıq, amma kanal çıxarıb. İstər “ARB” telekanalı olsun, istər “SOY” Prodakşn, sizin vaxtınız artıq keçib. Siz mənim adımı çıxarmaqla guya, mənə nə olur?! Zaurun (aparıcı Zaur Kamal) hesabına reytinq qazanan kanalın bundan artıq nəyi olar ki? “ARB” kanalı ha istər nə isə etsin, alınmır. “SOY” Prodakşn neçə veriliş yayınlayıb, nə sponsor var, nə reytinq… Bunlar guya, mənim adımı çıxarmaqla nə edirlər?! Sizə ehtiyacı olan məşhur elə sizin gününüzə qalsın! Xatirə elə düz edib lazım olanda hamını yerinə oturdub. “İnstagram”da xəbər səhifəsi olan dostlarıma deyirəm, bundan sonra “ARB” telekanalı haqqında hansısa xəbər versəniz, ilk öncə məni dostluqdan silin, sonra xəbəri verin. Çünki ondan sonra mən sizi nəinki dostluqdan, ümumiyyətlə, həyatımdan siləcəyəm”.

Qeyd edək ki, T.Əliyev 3 il Xəzər TV-nin efirində “Hər şey daxil” verilişinin layihə rəhbəri və aparıcısı olub. O, hazırda “Dalğa” TV-də “Günə bir şou” proqramının aparıcısıdır.Yenisabah