Zəngilandakı dəhşətli qəzanın kadrları yayıldı: 24 yaşlı sürücü hadisə yerində həlak olub – VİDEObackend

Sentyabrın 2-də Zəngilan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Gundem” xəbər verir ki, qəza rayonun Ağbənd qəsəbəsində qeydə alınıb.

Belə ki, “Shagman” körpüyə çırpılıb. Qəza nəticəsində 24 yaşlı sürücü Elmi Adsalamov hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirilib ki, hazırda faktla bağlı Zəngilan Rayon Polis Şöbəsində araşdırma aparılır.