6 mart 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Qlaukoma Həftəsi” çərçivəsində tibbi aksiyası “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial xidmət” müəssisəsində keçirilib.
“Yeni Gundem”in məlumatına görə, aksiya çərçivəsində 55 nəfər müayinə olunub. Müayinə zamanı pasiyentlərdə refraksiya patologiyası, katarakta, presbiopiya və s. aşkar edildi. Aksiyanın keçirilməsində məqsəd görmə patologiyasının erkən diaqnostikasını aşkar etmək, profilaktik və müalicə tədbirləri heyata keçirlməkdir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri dr. Gülnarə Məmmədova, dr. Gülmin Əhmədova və rezident Səbinə Quliyeva tərəfindən həyata keçirildi.
Eyni zamanda Aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi dr. Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçiləri Cənnət Kazımova və Züleyxa Yusifova iştirak edirdilər.