Bəzi saytlarda Azərbaycan Respublikasının xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın vəfat etdiyinə dair xəbərlər yayılıb.
Xalq artistinin köməkçisi Maral Hüseynova məsələ ilə bağlı açıqlama verib.
M. Hüseynova açıqlamasında Zeynəb Xanlarova barədə yayılan xəbərləri dezinformasiya adlandırıb və xalq artistinin səhhətində heç bir problemin olmadığını bildirib.