“Zirə” “Sumqayıt”a səfərdə qalib gəldibackend

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

“Yeni Gundem” xəbər verir ki, turun son oyunu “Sumqayıt”la “Zirə” arasında baş tutub.

Qarşılaşma qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, daha öncə “Qarabağ” evdə “Neftçi”yə qalib gəlib (4:0), “Kəpəz” “Şamaxı”ya (0:2), “Turan Tovuz” isə “Araz-Naxçıvan”a (1:2) uduzub.

Azərbaycan Premyer Liqası
7-ci tur
22 sentyabr

“Sumqayıt” – “Zirə” 0:2
Qollar: Rafael Utziq, 22-pen; 69.