Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.
Bu barədə Gənclər İdman Nazirliyinin bu idman federasiyası üzrə kuratoru Fikrət Hüseynov bildirib: “Federasiyanın rəhbərliyi yoxdur. Ona görə də fəaliyyəti tam dayandırıb”.
2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.
Qaynarinfo