Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı ilə şəklini paylaşıb.
“Yeni Gündem”-in məlumatına görə, müğənni həyat yoldaşını ad günü münasibətiylə təbrik edib:
“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı, ad günün mübarək”.
Qeyd edək ki, Z.Xanbabayeva “Simurq” futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir. Cütlüyün Dəniz adlı bir qızı var.