İranda 1 milyondan çox uşaq təhsili buraxmaq üzrədir
“Yeni Gundem” xəbər verir ki, İran Parlamentinin Araşdırmalar Mərkəzinin eksperti Hadi Musəvinik ölkədə uşaqların vəziyyəti ilə bağlı narahatedici açıqlamalar verib və deyib:
“1,5 milyon uşaq məktəbi tərk etmək ərəfəsindədir, 14 milyon uşaq isə minimum qidalanma imkanına sahib yoxsul ailələrdə yaşayır”.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin statistik məlumatlarına əsasən, ölkədə təhsili buraxmış 450 min uşaq var. Onların təhsildən uzaqlaşmağa əsas səbəbi isə maddi çətinliklərdir.
Mənbə: Azad İran
Aynur Camal