1 qutu dərman müqabilində 1000 qutubackend

1Girovlara 1 qutu müqabilində Qəzzalılara 1000 qutu: Bu dəfə Qəzzada “Dərman mübadiləsi”.

Qətər və Fransanın vasitəçiliyi ilə əldə edilən razılaşma ilə HƏMAS Qəzza zolağında olan girovlara dərman çatdıracaq və bunun müqabilində İsrail dərman və daha çox humanitar yardımın Qəzzaya daxil olmasına icazə verəcək.

Qəzza zolağında qalan 132 girov arasında çoxlu yaşlı və xroniki xəstələr var. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi 45 girova dərman veriləcəyi gözlənildiyini açıqlayıb. Misir Qətərdən yola düşən dərman yüklü təyyarənin Qəzza sərhədi yaxınlığındakı Əl Ariş hava limanına gəldiyini və dərmanların oradan Rəfahdakı xəstəxanaya daşınacağını açıqlayıb. Daha sonra girovlara və Qəzza zolağına xidmət edən xəstəxanalara çatdırılması üçün Qırmızı Xaç Cəmiyyətinə təhvil veriləcək.

HƏMAS-ın yüksək səviyyəli rəsmisi Musa Əbu Mərzuk razılaşmaya aparan prosesi izah edib. Buna görə Qırmızı Xaç Qəzzadakı israilli girovlara “140 növ dərman və vitamin dəstəyi verilməsini” tələb edib. HƏMAS isə “İsrailli məhbuslara göndərilən hər qutu dərman üçün fələstinlilərə min qutu dərman getməlidir” və “Qəzzəyə daha çox humanitar yardım və qida daxil olmalıdır” kimi şərtlər irəli sürüb.

Fransa dərmanları təmin etmək istəyib, lakin HƏMAS “İsrail işğalını dəstəklədiyini” əsas gətirərək dərmanların Qətər tərəfindən verilməsini tələb edib.

İsrail ordusunun Qəzzaya daxil olan yardım və dərman paketlərini yoxlamayacağını da bildirən Mərzuk, “Netanyahu yenə yalan danışır və xalqını aldadır. “Məbləği, vasitəçini və bölgü mexanizmini müəyyən edən biz olmuşuq”.

HƏMAS-ın girovlarına çatdırılan hər qutu dərman qarşılığında Qəzzalılara min qutu dərman veriləcək.

ABŞ isə öz növbəsində: “BİZ danışıqlara Ümid edirik” deyib.

Qəzza zolağının Səhiyyə Nazirliyi, Hepatit A virusunun İsrailin hücumları nəticəsində didərgin düşmüş fələstinlilərin yaşadığı bölgələrdə sıxlıq olması səbəbindən yayıldığını açıqlayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal