10 həkimdən xəbər yoxdurbackend

Fələstinin Cəsur Ürəkli Həkimlərinin bəyanatında Qəzza zolağında sionist işğalçı rejim tərəfindən saxlanılan 10 həkimdən xəbər olmadığı bildirilib.Sionist işğal rejiminin 18-23 noyabr tarixləri arasında Qəzza zolağında Şifa xəstəxanası və İndoneziya xəstəxanasını zorla boşaltdığı xatırladılan bəyanatda həbsdə olan 10 həkimin adı yer alıb.

“Yeni Gundem” xəbər verir ki, Şifa Xəstəxanasından direktor Məhəmməd Ebu Silmiyye ilə yanaşı, İndoneziya Xəstəxanasından Münir əl-Şəhrit, Yusuf Berekat, Salih Alviye və Ekrem Ebu Avde, İyad Abid, Muhammed Ebu Ayta, Ekrem Hüseyin və Muhammed Ebu el-Cebin də rejim tərəfindən saxlanıldığını bildirib.

Açıqlamada saxlanılanlar arasında diş həkimi Mumin Əbu Hudayrın da olduğu vurğulanıb.

Mənbə: İLKHA

Aynur Camal