10 qatil balina buz parçasına ilişib qaldı!backend

Yaponiyanın Hokkaydo əyalətinin sahillərində 10 qatil balina buz parçasına ilişib. Uzun müddət çölə çıxmaq üçün mübarizə aparan balinaların buzların əriməsi ilə xilas ola biləcəyi təxmin edilir.

Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, dünən sahildən təxminən 1 kilometr aralıda görünən və sıx buz bağladığı üçün gəmi tərəfindən xilas edilə bilməyən sürü bu gün yoxa çıxıb.

Səlahiyyətlilər, balaların da daxil olduğu sürünün temperaturun artmasından sonra buzların qismən əriməsi sayəsində xilas ola biləcəyini bildirib. 2005-ci ildə Rausu şəhəri yaxınlığındakı oxşar hadisədə təxminən 10 qatil balina buz yığınına ilişərək ölmüşdü.

Mənbə: TGRT

Aynur Camal