10 saat 5 tonluq qayanın altında qalıb!
“Anama zəng et, burada öləcəyəm”.
Kaliforniyada ucqar dağ yamacında saatlarla 5 tona yaxın qayanın altında qalan və ağır yaralanan səyahətçi ABŞ mətbuatına başına gələnləri danışıb.
DePaolo KRNV televiziyasına açıqlamasında “Məni soyuducu vurmuş kimi hiss etdim” deyən DePaolo, “Heç hiss edə bilmədiyim uyuşmuş ayağımı tutub daşın altından çıxara bildim. Təşəkkür edirəm”.
“Dostum Coşa dedim ki, anama zəng et, mən burada öləcəm, sağ qalmağım üçün heç bir yol yoxdur”.
DePaolo 10 saat dözülməz ağrı ilə qayanın altında gözləyərkən, İnyo Axtarış və Xilasetmə qrupları hərəkətə keçib.
Komandalar axşam saat 22:00 radələrində əraziyə çata bilib. Axtarış-xilasetmə qrupu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin müşayiəti ilə kəndir və makaralar sistemindən istifadə edərək kişini 5 tonluq qayanın altından çıxara bilib.
Təpənin arxasından gələn vertolyotu görəndə böyük həyəcan keçirdiyini izah edən DePaolo, “Aman Allahım, həqiqətən də bu işdən sağ çıxa bilərəm” deyə düşündüm” deyib.
İlkin tibbi yardım göstərildikdən sonra DePaolo helikopterlə xəstəxanaya aparılıb. Çanaq sümüyü iki yerdən qırılan, sol ayağındakı bud damarı zədələnən kişinin ayağını həkimlər xilas edə bilib.
DePaolo sinirləri zədələnsə belə, bir neçə ay ərzində yenidən yeriyə biləcəyi deyilirdi.
KRNV televiziyasına hələ də geniş plastik cərrahiyyə və intensiv fiziki müalicəyə ehtiyacı olsa da, sağ qaldığı üçün şükür edən DePaolo, “Ayaqlarım həyatımın çox vacib bir hissəsidir və onları itirsəm heç bir şey əvvəlki kimi olmayacaq” deyib.
Mənbə: hurriyyət.tr
Aynur Camal