100-dən çox avtomobil bir-birinə çırpıldıbackend

Çin soyuq havanın təsiri altında! Buzlanma səbəbindən 100-dən çox avtomobil bir-birinə çırpılıb

Çində soyuq havanın təsiri altında olan magistral yolda buzlanma səbəbindən 100-dən çox avtomobil bir-birinə çırpılıb. Çinin Szyansu əyalətinin Suçjou şəhərində soyuq dalğa təsirli olub. Magistral yolda buz bağlaması səbəbindən 100-dən çox avtomobil bir-birinə çırpılıb. Polis 9 nəfərin yaralandığını, onlardan 6-nın yüngül xəsarət aldığını bildirib.

Magistral yolda avtomobilin yol polisi əməkdaşını vurduğu anlar başqa bir avtomobilin kamerasına düşüb. Zərbənin təsirindən polis əməkdaşının yerə yıxılaraq atıldığı görülüb.

Çin Meteorologiya İdarəsi ölkənin mərkəzi və cənub bölgələrində donma və aşağı temperaturla bağlı xəbərdarlıq edib.

Aynur Camal