100-dən çox tibb müəssisəsinə ransomware hücumubackend

Rumıniyada 100-dən çox səhiyyə müəssisəsi və xəstəxananın səhiyyə idarəetmə sistemləri “fidyə proqramı hücumu” səbəbindən fəaliyyətsiz hala düşüb.

BBC-nin məlumatına görə, hakerlər ölkə boyu onlarla səhiyyə müəssisəsini, o cümlədən uşaq və təcili yardım xəstəxanalarını hədəfə alıblar.

Rumıniya Səhiyyə Nazirliyi hücumun əsasən ötən gecə baş verdiyini və ölkədə geniş istifadə olunan tibbi məlumat sistemini hədəf aldığını açıqlayıb.

Ransomware hücumunda 25 xəstəxana və 79 səhiyyə müəssisəsinin sistemləri işlək vəziyyətdə olmadığı halda, ehtiyat tədbiri olaraq digər müəssisələrin sistemləri sıradan çıxarılıb.

Hakerlər şifrələdikləri faylların kilidini açmaq üçün təxminən 165.000 dollar dəyərində 3,5 bitkoin tələb ediblər.

Səlahiyyətlilər zərərli proqramın növünün müəyyən edildiyini, lakin cavabdehlərin şəxsiyyətinin araşdırıldığını və hadisə ilə bağlı hərtərəfli araşdırmaların davam etdiyini bildiriblər.

İngiltərədə 2017-ci ildə oxşar hücuma görə 80 səhiyyə müəssisəsində sistem pozulub və təxminən 7000 görüş ləğv edilib və ya yenidən təşkil edilib.

Mənbə: TrtHaber

Aynur Camal