İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, ölkəsi 100-ə yaxın fələstinli uşağı müalicə üçün qəbul edəcək.
İtaliyanın müdafiə naziri Guido Crosetto fransalı həmkarı Sebastien Lecornunun iştirak etdiyi konfransda çıxış edib.
“İtaliya ciddi fəsadları olan təxminən yüz fələstinli uşağa ailələri ilə birlikdə ölkənin müxtəlif xəstəxanalarında tibbi yardım göstərəcək” deyib.
İtaliyanın Qəzza zolağına hərbi səhra xəstəxanası göndərmək üçün Misirlə danışıqlar apardığını ifadə edən Krosetto, “Roma və Paris də bu mövzuda əməkdaşlıq edə bilər və digər ölkələrin də bu təşəbbüsə qoşulacağını ümid edirik” deyib.
Krosetto qeyd edib ki, onlar Fransa ilə birlikdə fələstinlilərə tibbi yardım göstərmək öhdəliyini öz üzərlərinə götürüblər.
İtaliya tibbi avadanlıq və əməliyyat otaqları ilə təchiz edilmiş “Vulcano” logistik gəmisini noyabr ayında Yaxın Şərq regionuna göndərib.
Mənbə: İLKHA
Aynur Camal