110 illik tarixi tablo dağıdılıbbackend

İngiltərədə fəallar Kembric Universitetində sərgilənən tarixi tablonu hədəf alıblar. Tarixə “Balfour bəyannaməsi” kimi düşən mətnə ​​imza atan Lord Artur Ceyms Balfurun portreti qırmızı rəngə boyanaraq parça-parça edilib.

Kembric Universitetinin Triniti Kollecində nümayiş etdirilən Lord Artur Ceyms Balfurun portreti məhv edilib. Fələstin tərəfdarı olan “Falestine Action” qrupuna bağlı bir fəal əvvəlcə tablonu qırmızı rəngə boyadı. Sonra o, bıçaqla onu kəsib.

1917-ci ildə yəhudilərin Fələstində dövlət qurmasına səbəb olan “Balfour Bəyannaməsi” kimi tarixə düşən bəyannaməni imzalayan şəxs İngiltərənin keçmiş baş naziri Lord Balfour olub.

“Fələstin Fəaliyyəti” qrupu Britaniyanın 1917-ci ildən bəri fələstinlilərə qarşı etnik təmizləməni dəstəklədiyini iddia edib. Bu səbəbdən tədbir görüldüyü bildirilib.

İngiltərə Baş nazirinin müavini Oliver Dowden, “Mən axmaqcasına vandalizm hərəkətindən dəhşətə gəlirəm” deyib. Həmçinin O, günahkarların qanun qarşısında cavab verəcəyini bildirib.

Kembric polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Bildirilib ki, birinci mərhələdə həbslər olmayıb.

Mənbə: Ntv.Tr

Aynur Camal