12 il əvvəl Çindən gələn pandalar öz ölkələrinə qayıdır…backend

Şotlandiya Kral Zooloji Cəmiyyəti 12 il əvvəl cütləşmək üçün Çindən Edinburqdakı zooparka gətirilən iki pandanın Çinə geri göndəriləcəyini açıqlayıb.

Şotlandiya Kral Zooloji Cəmiyyətindən verilən açıqlamada, 2011-ci ildə cütləşmək üçün Çindən Edinburq Zooparkına gətirilən Yang Guan və Tian Tian adlı iki pandanın 12-ci ilin sonunda Çinə qayıdacağı bildirilib.

Pandaların zooparkda qalması və cütləşməsi üçün 2011-ci ildə Çin Vəhşi Təbiəti Mühafizə Cəmiyyəti ilə Böyük Britaniya Vəhşi Təbiəti Mühafizə Cəmiyyəti arasında 10 illik müqavilə bağlandığı, lakin pandemiya səbəbindən bu müqavilənin daha 2 il müddətinə uzadıldığı bildirilib.

Hazırda isə pandaların dekabr ayından etibarən Çinə dönəcəyi vurğulanıb. Edinburq Zooparkı pandaların gözətçisi Endinin çəkdiyi fotoları paylaşaraq bu günün pandaları ziyarət etmək üçün son gün olduğunu bildirib. Şotlandiya Kral Zooloji Cəmiyyətinin baş icraçı direktoru David Field, qaldıqları müddətdə cütləşmə cəhdlərinin uğursuz olduğu bildirilən pandalar haqqında bunları deyib:

“Bir milyondan çox növün nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi və təbii dünyamızın böhran içində olduğu bir vaxtda Yang Guang və Tian Tian milyonlarla insanı təbiətə qayğı göstərməyə ruhlandıraraq inanılmaz təsir bağışladılar. Bu il pandaların getməsinə olan bu əlavə maraq bizə daha çox insanı Şotlandiya Kral Zooloji Cəmiyyətinin fəal iştirak etdiyi təbiəti mühafizə işlərinə və ümumiyyətlə təbiətə bağlamağa imkan verdi.”

Mənbə: hurriyyət.tr

Aynur Camal