Almaniyadakı Eynşteyn Neyrologiya Mərkəzinin tədqiqatçıları 12 millimetrlik “Danionella Cerebrum” tipli şəffaf balıqların yaxın məsafədən 140 desibeldən yuxarı səslər çıxara bildiyini müəyyən ediblər. Bu səs səviyyəsi yaxın məsafədən atılan ov tüfənginin səsinə bərabər hesab edilir.
Laboratoriyada akvariumdan gələn səsləri eşidən tədqiqatçılar mikrofon və kameradan istifadə edərək “Danionella Cerebrum” balığını tədqiq etməyə başlayıblar.
“Danionella” cinsi balıqların erkəklərinin 5-ci qabırğasında hava kisəsinin düz yanında çarpıcı əzələ və qığırdaq olduğunu ifadə edən tədqiqatçılar, tədqiq etdikləri 12 millimetrlik balıqların bu əzələdən istifadə edərək qabırğada gərginlik yaratdığını və qığırdaq birdən sərbəst buraxılıb və balıqların suda balanslı qalmasına imkan verən “hava kisəsinə” dəyib.
Tədqiqatçılar müəyyən ediblər ki, balığın qığırdaqının hava kisəsinə dəyməsi nəticəsində yaranan səs, balıqdan 12 millimetr məsafədən 140 desibeldən çox qəbul edilir. Səsin ucalığı 35 millimetr məsafədə 135 desibel kimi qəbul edilib.
Balıqların şəffaflığı sayəsində əzələ və beyin fəaliyyətlərini yaxından tədqiq edə bilən tədqiqatçılar, “Danionella Cerebrum” növündən olan balıqların çıxardıqları yüksək səslərin ünsiyyətdə təsirli olduğunu düşünürlər.
140 desibel səs səviyyəsi ov tüfənginin yaxın məsafədən vurulan səsinə bərabər hesab edilir.
Araşdırma “Proceedings of the National Academy of Sciences (PNAS)” jurnalında dərc olunub.
Mənbə: Ntv.Tr
Aynur Camal