13 mindən çox uşağın həyatına son qoyulubbackend

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder İsrailin hücumuna məruz qalan Qəzzada 13 mindən çox uşağın həyatını itirdiyini bildirib.

Elder X sosial media platformasında İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada uşaqların ölməsi ilə bağlı paylaşım edib.

“Qəzzada 13 mindən çox uşaq öldürülüb” deyə mətbuat katibi Elder atəşkəs çağırışını təkrarlayıb.

Mənbə: TrtHaber

Aynur Camal