İki il əvvəl 17-ci əsrə aid tablonun məşhur rəssam Rembrandta məxsus olduğu ortaya çıxıb. Bu sirr üzə çıxdıqdan sonra rəsmin dəyəri 14 milyon dollara yüksəlib.
“Kralların pərəstişi” adlı yağlı boya tablosu 2021-ci ildə Christie’s tərəfindən Rembrandtın çevrələrindən birinə aid edilmiş və Amsterdamda satışa çıxarılarkən qiymətinin 10 min 600 ilə 15 min 900 dollar arasında olduğu təxmin edilmişdi.
Mütəxəssislər 20 ay davam edən hərtərəfli müayinə zamanı rentgen analizi və infraqırmızı təsvirdən istifadə etdilər və bir çox aparıcı Rembrandt alimləri ilə məsləhətləşdilər.
Bəzi iddiaçılar razı qalmadığı üçün dekabrın 6-da keçirilən hərracda heç kim iştirak etməyib. Bununla belə, rəsm 13,8 milyon dollara gizli qarant tərəfindən dəstəklənib.
Alıcı dekabr ayında hərracdan əvvəl qiyməti ödəməyə razılaşdı, yəni daha yüksək təklif alınmadığı təqdirdə rəsm onlara veriləcək.
İngiltərədəki kolleksiyaçı Sotheby’sın 62 səhifəlik kataloquna görə, kiçik ölçülü rəsm ilk dəfə 1955-ci ildə Amsterdamda J.C.H. Heldring tərəfindən alındıqda ortaya çıxmışdı.
Mənbə: TrtHaber
Aynur Camal