Ağsuda 14 yaşlı yeniyetməni döyərək öldürən Cabir Müseyibovun məhkəməsi başa çatıb.
“Yeni Gündəm” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin qərarına əsasən, 14 yaşlı Nihad Məmişovu döyərək öldürən C.Müseyibov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin baş verməsinə gəlincə, buna Nihadın vatsapda paylaşdığı status səbəb olub. Belə ki, təqsirləndirilən 17 yaşlı C.Müseyibov ifadəsində qeyd edib ki, o, Nihadın vatsap statusunda qonşuluqda yaşayan qızın baş hərfinin yazıldığı sevgi videosunu görüb. Cabir Nihaddan videonu silməyini, bunu başqa adamların da gördüyünü deyib. Nihad isə cavab olaraq videonu silməyəcəyini bildirib. Nəticədə tərəflər arasında sözlü mübahisə yaranıb.