S.Şoyqu: “Düşmən ağır itkilərlə geri çəkildi”backend

Şoyqu Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində Rusiya Silahlı Qüvvələrinin müdafiəsini yarmaq cəhdini açıqlayıb.

“Yeni Gundem” xəbər verir ki,onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri (AFU) 1,5 min nəfərədək qüvvə ilə Zaporojye istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinə (SQ) hücum etməyə cəhd göstərib, düşmənin qarşısı alınıb. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi hücuma cəhd edərkən 30 tank, 11 piyada döyüş maşını və 350-dək insan itirib.

Nazirin sözlərinə görə, Rusiya kəşfiyyat qüvvələri Ukrayna tərəfi dörd istiqamət də qarşısı alınıb və “ağır itkilərlə geri çəkilib”.

Həmçinin, Şoyqunun sözlərinə görə, iyunun 7-də baş verən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 945 şəxsi heyət, 38 zirehli döyüş maşını, 33 tank, 3 “Krab” özüyeriyən artilleriya qurğusu, 28 piyada döyüş maşını və digər silahları itirib.

Mənbə: TASS

Aynur Camal