15 dəqiqəyə 13 milyard dollar qazandıbackend

Dünyanın ən zəngin biznesmenlərindən biri, “Amazon” şirkətinin qurucusu Ceff Bezos 15 dəqiqəyə 13,2 milyard dollar qazanıb.

“Yeni Gündem”in “Bloomberg” nəşrinə istinadən verdiyi xəbərə görə, bu, şirkətin rüblük qazanc hesabatı yayımlandıqdan sonra baş verib.

Nəşrin məlumatına görə, şirkətin gəlirləri analitiklərin proqnozlaşdırdıqlarından daha yüksək olub. Xüsusilə, bir səhm üzrə qazanc 4.11 dollar əvəzinə 6.47 dollar təşkil edib.

Hesabat dərc edildikdən 15 dəqiqə sonra “Amazon”un səhm qiyməti 12 faiz artıb. Beləliklə, 56 yaşlı Bezosun sərvəti təxminən 129,5 milyard dollara qədər artıb. Qeyd olunur ki, “Milyarderlər İndeksi” reytinqi yalnız 31 yanvar dünya birjası bağlandıqdan sonra dərc olunacaq.