15 il həbs cəzasıbackend

1991-ci il dekabrın 22-də Azərbaycanın Xocalı vilayətinin Meşəli kəndində törədilmiş qətliamla əlaqəsi olduğu üçün mühakimə olunan erməni əsilli Vaqif Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bakının Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev erməni Xaçaturyanla bağlı məhkəmə qərarını elan edib.Qərara əsasən, Xaçaturyan 15 il müddətinə azadlıqdan məhrum edilib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə,  bu barədə bir çox xarici KİV- də məlumat verib.

Xatırladaq ki, 1991-ci il dekabrın 22-də Ermənistan silahlı qüvvələri Xocalının Meşəli kəndinə basqın edərək 27 azərbaycanlını qətlə yetirib. 2013-cü ildə Azərbaycanda “soyqırım” və “əhalinin məcburi köçkünlüyü” ittihamı ilə Meşəli qətliamını törədənlərdən biri olan Xaçaturyan barəsində qiyabi həbs qərarı çıxarılıb.

Qarabağda yaşayan Xaçaturyan iyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə müalicə adı ilə Ermənistana keçərkən Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Mənbə: TrtHaber

Aynur Camal