16 aylıq körpəsini evdə tək qoydubackend

 ABŞ-da ana dəhşəti! O, 16 aylıq körpəsini evdə tək qoyaraq onu ölümə buraxdı.

Ohayo ştatında yaşayan 32 yaşlı Kristel Kandelario adlı qadın 16 aylıq körpəsini evdə qoyub tətilə çıxararaq ölümünə səbəb olduğu üçün ömürlük həbs cəzasına məhkum edilib. Vicdansız ana 16 aylıq körpəsini evdə qoyub tətilə çıxıb.

Evdə tək qalan körpə aclıqdan və susuzluqdan ölüb…

Dəhşətli hadisənin ünvanı ABŞ-dır. 2023-cü ilin iyun ayında 16 aylıq körpə qızı Jailini Klivlenddəki evində tək qoyan və təxminən 10 gün tətilə çıxan Canderlario, qayıdanda körpəsini aclıq və susuzluqdan ölü tapdı.

Məlum olub ki, o, özünü oyuncaqlarla dolu otağa bağlayıb.

Cuyahoga İlçe Prokurorluğundan verilən açıqlamada Ohayodan olan ananın qızını evdəki oyuncaqlarla dolu otağa kilidlədiyi və əvvəlcə Detroitə, sonra isə Puerto Rikoya tətilə getdiyi bildirilib.

Açıqlamada aclıqdan çox halsız olan uşağın sidik və nəcislə çirklənmiş uşaq meydançasında ölü tapıldığı qeyd edilib. O, ömürlük həbs cəzasına məhkum edilib.

Fevralın 22-də “uşaqları öldürmək və təhlükəyə atmaq”da təqsirli bilinən Kandelario dünən məhkəmədə “şərti azad edilmədən ömürlük həbs” cəzasına məhkum edilib.

İlçe Ümumi İddia Məhkəməsinin hakimi Brendan Sheehan məsuliyyətsiz anaya öz qızını ac qoyaraq “ən böyük xəyanəti” etdiyini söyləyib.

Depressiya və bununla bağlı psixi sağlamlıq problemləri ilə mübarizə aparan Kandelario sadəcə olaraq “çox əziyyət çəkdiyini və hər gün bağışlanma üçün dua etdiyini” söylədi.

Mənbə: EnSonHaber

Aynur Camal