Biləsuvar polisi Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirən İran vətəndaşları saxlayıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixatrop maddədən ibarət olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan ərazisinə gətiriblər və əvvəlcədən müəyyən edilmiş yerdə gizlədəərk geri qayıtmalı idilər.
Faktla bağlı araşdırma aparılır.