İrana casusluqda ittiham edilən şəxslər saxlanıldıbackend

İranın molla rejimini təbliğ edən şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir.

“Yeni Gundem” xəbər verir ki, bu haqda “Mouze” teleqram kanalı məlumat yayıb.

Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istiqamətdə keçirdiyi əməliyyatlarla rəsmi olmayan məlumatlara görə 10-a yaxın şəxs saxlanılıb.

Saxlanılanlardan ikisinin Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirov olduğu bildirilir.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.