16 yaşdan kiçiklər üçün sosial media qadağasıbackend

ABŞ-ın Florida ştatının Nümayəndələr Palatası valideynlərin icazəsindən asılı olmayaraq 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Qanun layihəsi 106 “hə” səsi, 13 “xeyr” səsi ilə qəbul edilib.

Bu qadağalardan hansı sosial media şirkətlərinin təsirlənəcəyi ilə bağlı heç bir siyahı olmasa da, “istifadəçi hərəkətlərini izləyən, uşaqların məzmun yükləməsinə və digər istifadəçilərlə əlaqə saxlamasına imkan verən və asılılıq yaradan məzmun ehtiva edən” bütün platformaların bu qadağalar daxilində olduğu bildirilib.

Qanun layihəsinin sponsorlarından olan Tayler Sirois çıxışında, “(Sosial media şirkətləri) böyüyən uşaqlardan istifadə edirlər. Bu, onların biznes modelidir. Niyə belə edirlər? Uşaqlarımızı dopaminlə bağlı saxlamaq üçün platformalarının təqdim etdiyi hər avtomatik oyun, hər bəyənmə, hər bildirişi yoxlamaq lazım gəlir.”

Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkarlanan hesabları bağlamağı tələb edir.

Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron DeSantisin təsdiqi tələb olunur.

Digər tərəfdən, Facebook və Instagram da daxil olmaqla bir çox sosial media platformasına ev sahibliyi edən Meta tərəfindən edilən şərhdə, Florida Nümayəndələr Palatasına bu mövzuda qadağa deyil, başqa bir həll tapılması çağırılıb.

Açıqlamada deyilir: “Hazırda bir çox gənc part-time iş, ali təhsil, dini görüşlər və hərbi xidmətlər kimi bir çox sahədə məlumat əldə etmək üçün internet və tətbiqlərdən istifadə edir. 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan etməklə siz gəncləri digər regionlardakı həmyaşıdlarına nisbətən dezavantajlı olmaq riski altına salırsız”.

Mənbə: TrtHaber

Aynur Camal