187 yük maşını İsrailin hücumuna məruz qalan əraziyə çatdıbackend

İsrailin hücumları altında bölgəyə humanitar yardım göndərilib. Bombardman təhlükəsi ilə üzləşən Şifa Xəstəxanasına ÜST-nin əlavə 56 ton sağlamlıq ləvazimatları çatdırılıb.

İsrailin intensiv bombardmanları altında olan Qəzza zolağında humanitar böhran hər keçən saat daha da dərinləşir.

Minlərlə mülki itki İsrail ordusunun hərbi cinayətlərini bir daha sənədləşdirdi. Digər tərəfdən Qəzzaya humanitar yardım çatdırmaqda çətinlik çəkən İsrail təzyiqlər qarşısında geri addım atmalı olub.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, qrupların Misir Qızıl Aypara Cəmiyyətindən noyabrın 8-də 81, noyabrın 9-da isə 106 olmaqla, ümumilikdə 187 yük maşını və Küveytdən göndərilən 5 təcili yardım maşını aldığı bildirilib.

Açıqlamada yanacağın girişinə icazə verilmədiyi, yük maşınlarında dərman, tibbi avadanlıq, qida, su və yardım materiallarının olduğu bildirilib.

İsrailin blokadası və intensiv bombardmanı altında olan Qəzza zolağına indiyədək 756 yardım maşınının gəldiyi bildirilib.

İsrailin oktyabrın 7-də başlatdığı hücumlardan təxminən iki həftə sonra, əksəriyyəti tibbi ləvazimat və ərzaq daşıyan 20 yük maşınından ibarət ilk yardım karvanı oktyabrın 21-də Rəfah Sərhəd Qapısından keçərək Qəzza zolağına daxil olub.

Daha 106 yardım maşınının Rəfah Sərhəd Qapısından blokadada olan Qəzza zolağına daxil olduğu açıqlanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamaya görə, Misir Qızıl Aypara Cəmiyyətindən göndərilən humanitar yardım yüklü 106 yük maşını ilə Küveytdən gələn 5 təcili yardım maşını Rəfah Sərhəd Qapısında qəbul edilib.

Yük maşınlarında ərzaq, içməli su, tibbi ləvazimatlar, dərmanlar və digər humanitar yardımlar var.

21 oktyabr 2023-cü il tarixindən bu yana Rafah Sərhəd Qapısı vasitəsilə Qəzzaya cəmi 756 yük maşını daxil olub, bu, gündə orta hesabla 39 yük maşını deməkdir.

Humanitar yardım üçün keçidlər məhdud olsa da, İsrail administrasiyası yanacağın Qəzzaya daxil olmasına icazə vermir. Şifa xəstəxanasına tibbi ləvazimatlar çatdırılıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, ÜST-nin tibbi yardım ləvazimatlarını daşıyan yardım karvanının Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə Qəzzadakı Şifa xəstəxanasına çatdırıldığını bildirib.

Qebreyesus məsələni X sosial media platformasında paylaşıb.Tibbi ləvazimatları daşıyan konvoyun Şifa Xəstəxanasındakı xəstələr üçün bir ümid şüası olduğunu ifadə edən Ghebreyesus, UNRWA-nın Şifa Xəstəxanasına ÜST-nin əlavə 56 ton sağlamlıq ləvazimatını çatdırdığını qeyd edib və bildirib: “Oktyabrın 7-dən Şifa Xəstəxanasına ikinci çatdırılmamızdır. Biz bunu alqışlayırıq, lakin çatdırdığımız miqdarlar Qəzzada ən böyük xəstəxananın onsuz da böyük və artan ehtiyaclarını ödəməkdən uzaqdır. Biz davamlı, təhlükəsiz və genişləndirilmiş humanitar çıxış, səhiyyə xidmətlərinin qorunması və humanitar atəşkəs üçün çağırışlar etməyə davam edirik”.

Mənbə: EnSonHaber

Aynur Camal