19 qida əlavəsi qadağan edildibackend

Rusiya Federasiyasında 19 qida əlavəsi qadağan edilib.

Avrasiya İqtisadi İttifaqı (Aİİ) (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan) fevralın 27-dən etibarən 19 qida əlavəsinin, o cümlədən məşhur dadlandırıcı steviyanın istifadəsini qadağan edib. Aİİ Şurasının müvafiq qərarı assosiasiyanın rəsmi saytında yerləşdirilib.

Gömrük İttifaqının qida əlavələri ilə bağlı texniki reqlamentinə düzəlişlər etmək səkkiz il çəkib. Böyük nümunə ilə aparılan geniş tədqiqatlar nəticəsində qida əlavələrinin, dadlandırıcıların və emal vasitələrinin siyahısı 362-dən 349-a endirilib.

Sənədə görə, qadağa steviya ilə yanaşı qarışqa turşusu (E236), boyaq maddəsi olan kantaksantin (E161g), turşuluq tənzimləyicisi ammonium asetat (E264) və s.ləri bu siyahıya daxildir.

Oktyabr ayında fərdi tibb həkimi və diyetoloq Marqarita Koroleva demişdi ki, içkilərin tərkibində olan aspartam və asesulfam dadlandırıcıları insan sağlamlığına, xüsusən də uşaqlara ciddi ziyan vura bilər. Beləliklə, aspartam, digər şeylərlə yanaşı, asılılıq yaradır və nörotransmitterlərə təsirinə görə depressiyaya səbəb olur.

Mənbə: mail.ru

Aynur Camal