19 ukraynalı əsgər “xaincəsinə ” öldürüldübackend

Rusiya “İsgəndər” raketi ilə 19 ukraynalı əsgəri “xaincəsinə ” öldürüb.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, noyabrın 3-də Rusiyanın 128-ci Dağ Hücum Briqadasına “İskəndər-M” raketi ilə hücumu nəticəsində 19 Ukrayna əsgəri həyatını itirib. 128-ci Dağ Hücum Briqadası Rusiyanın hücumuna “məkrli” sözləri ilə reaksiya verib.

Yaxın Şərqdə şiddətlənən İsrail-Həmas qarşıdurması dünya gündəmini zəbt edərkən bütün gözlər yenidən Rusiya-Ukrayna savaşına çevrilib.

Ukrayna Rusiyanın hücumlarına raket və PUA-larla cavab verir.

Briqadanın sosial media hesabından verilən açıqlamada: “Hazırda faciənin bütün şəraiti hərtərəfli araşdırılır. Briqadanın ən yaxşı əsgərləri həyatını itirib” ifadəsi işlədilib.

Ukraynanın müdafiə naziri Umerov noyabrın 4-də sosial media hesabında etdiyi paylaşımda həlak olan əsgərlərin ailələrinə başsağlığı verib və Müdafiə Nazirliyinin Baş Müfəttişliyinə hücumla bağlı hərtərəfli araşdırmaya başlamağı tapşırdığını açıqlayıb.

Ukrayna prezidenti Vladimir Zelenski dünən verdiyi açıqlamada hücumda həyatını itirən hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib və deyib: “Bu faciənin qarşısını almaq olardı. Müdafiə naziri Rustem Umerov hadisənin tam vəziyyəti ilə bağlı məlumat verərək deyib ki, baş verənlər və göstərişi kimin verdiyinin üzə çıxarılması istiqamətində tədbirlər görülür. Bu faciə ilə bağlı “Müvafiq araşdırmalara başlanılıb. İstintaq davam etdirilir”.

Mənbə: TGRT

Aynur Camal