“1918-ci ilin mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdən biridir” – Millət vəkilibackend

1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətli tarixin ən amansız soyqırımlarından biridir. bu soyqırım öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş, şəhər və kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılaraq məhv edilmişdir. Bu, qətliamlar azərbaycanlılara qarşı törətdikləri soyqırımı tarixdə insanlığa sığmayan cinayət kimi iz qoyubdur.

Bu barədə “Yeni Gundem”-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, 31 Mart soyqırımına siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə verildi. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanını Azərbaycanın genosid konsepsiyası kimi qəbul edilib. Ulu öndərin Fərmanından irəli gələn vəzifələrə əsasən, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübuta yetirilib. Dünya miqyasında bu faciənin soyqırım kimi tanıdılması istiqamətində çoxsaylı aksiya və tədbirlər təşkil olunub, geni təşviq xarakterli kampaniyalar davam etdirilir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub”.

A.Hüseynov bildirib ki, Ermənistan dövlətinin mahiyyətində və ideologiyasında terrorizm və faşizm kimi meyillər hər zaman qalmaqdadır və 1992-ci ildə törədilmiş Xocalı soyqırımı bu ölkənin genosid siyasətindən əl çəkmədiyinin göstərir. “30 il ərzində Azərbbaycan torpaqlarını işğal altında saxladığı zaman Ermənistan ölkəmizə qarşı maddi-mədəni soyqırımı davam etdirib, milli tarixi sərvətlərimizi, zəngin abidələrimizi, məscidlərimizi dağıdıb, qəbirlərimizi, dinimizi təhqir edib, darmadağın edib. Bu qanlı əməllərini davam etdirmək, Azərbaycanın torpaqlarını növbəti dəfə qana boyamaq üçün 2020-ci ilin sentyabr ayında Ermənistanın mənfur təxribat planı isə özünün öldürücü zərbə alması ilə nəticələndi. Ali Baş Komandanın qətiyyətli iradəsinin nəticəsində Azərbaycan Ordusu Ermənistanı torpaqlarımızdan qovdu, ərazi bütövlüyümüzü təmin etdi və bu terrorçu ölkənin başını əzdi. Ona görə də, Ermənistan bu iyrənc və insanlığa sığmayan vəhşi əməllərini unudaraq Azərbaycanın sülh təklifini qəbul etməlidir. İndi, 1918-ci il deyil, Azərbaycan çox güclü dövlətdir və Ermənistanın terror planlarını və təxribatlarına qətiyyətlə cavab verərək bu asılı ölkəyə ən ağır dərsi verməyə qadirdir”.

Fərahim Rəhimov