2,5 kvadrat kilometrlik ada bir imperiyanın başına bəla gətirdibackend

Nəhayət, çarəni partladaraq tapdılar!

Şimal dənizində yerləşən Helqoland adası turizm bələdçilərində canlı fotoları ilə dinc tətil cənnəti kimi tanınır. Halbuki düz 77 il əvvəl ada tarixin ən böyük partlayışlarından birinə şahidlik etmişdi. Bəs bu hadisənin arxasında nə baş verdi? Budur təfərrüatlar…

Şimal dənizindəki kiçik bir ada olan Helqoland bu gün həm turizm cənnəti, həm də külək turbinləri sənayesinin mərkəzi kimi tanınır. Lakin ada bir zamanlar elə bir təhlükə hesab olunurdu ki, nəhəng bir imperiyanın hədəfinə çevrilmişdi.

Heligoland kimi də tanınan Helqoland strateji əhəmiyyətli bir yerdədir. Almaniyanın şimal-şərq sahillərindən təxminən 30 mil (48 kilometr) aralıda yerləşən ada tarix boyu Danimarka krallarının və alman hersoqlarının göz bəbəyi olub.

Adanın adının “müqəddəs torpaq” mənasını verdiyi iddia edilir. Bu iddianın əsası qədim zamanlarda burada germanların məhsuldarlıq ilahəsi Nertusa sitayiş edilməsidir. Sahəsi hətta 2,5 kvadrat kilometrə çatmayan ada çox vaxt materikdən görünmür və Almaniyanın yeganə açıq adası hesab olunur. Təxminən 1200 insanın yaşadığı adanın ən yaxın qonşuları dörddə bir mil məsafədə daha kiçik və yaşayış olmayan adacıqlardır. Helqoland bu gün turist şəhəridir.

FRANSIZLARA QARŞI SƏRHƏD KİMİ İSTİFADƏ OLUNUB

1807-ci ildə Napoleon müharibələri zamanı İngiltərə Avropanı dənizdən blokadaya almağa və Helqolandı Danimarkadan almağa müvəffəq oldu. İngilislərin məqsədi əslində Helqolanddan müharibədə neytral ölkə olan Danimarkaya qarşı sövdələşmə vasitəsi kimi istifadə etmək və danimarkalıları Fransaya qarşı öz tərəfinə çəkmək idi. Nəhayət, İngiltərə Helqolandın hökmdarı oldu.

Lakin əsrin sonunda Helqoland Britaniya Admirallığının gözündə əhəmiyyətini itirmişdi. 1890-cı ildə edilən müqaviləyə əsasən, Helqoland almanlara verildi. Bunun müqabilində Hind okeanındakı Zənzibar adasının idarəsi ingilislərə keçdi.

1871-ci ildə Prussiyanın və digər kiçik alman dövlətlərinin birləşməsi ilə qurulan Almaniya İmperiyasının yenicə hökmdarı II Kayzer Vilhelm ölkəsinə birləşdirilən bu kiçik qəsəbəni qalalar və silahlarla təchiz etdi. Vilhelmin məqsədi Şimal dənizi ilə Baltik dənizini birləşdirən və tikintisi 1895-ci ildə tamamlanan Kiel kanalını qorumaq idi.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ DÖVLƏRİNDƏ DƏYƏRİ ARTIB

Helqoland İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin gözündə bir nömrəli təhlükəyə çevrildi. Çünki Almaniya Atlantik müharibəsi zamanı donanmasını dəstəkləmək üçün adada yeni qalalar və obyektlər tikmişdi. Ada yeraltı tunellərlə təchiz edilmiş, sahillərə ağır silahlar qoyulmuş, hərbi hava limanı tikilmiş, nasist sualtı qayıqları üçün güclü anbarlar tikilmişdir.

Ancaq Helqoland 1945-ci ilə qədər müharibədə əhəmiyyətli rol oynamadı. Həmin vaxt ingilislər adayı bombalayanda Almaniya burada yaşayan 2000-ə yaxın vətəndaşını materikə təxliyə etdi.

İngilislər boş adanı işğal etdilər və onun yeraltı tunellərindən təhlükəli miqdarda artıq sursat saxlamaq üçün istifadə etdilər.

Sonrakı dövrdə İngilislər Helqolandı 20-ci əsrdə Almaniya kimi düşmənləri üçün mümkün dəniz qalası olaraq görməyə başladılar. İki il sonra bu problemli adadan əbədi olaraq xilas olmaq qərarına gəldilər.

MƏNBƏ: EnSonHaber

Aynur Camal