Dağıstanın Noqay rayonunda iki kəndin yüzədək sakininin iştirak etdiyi münaqişə baş verib.
“Ötən gün, 11 avqust 2023-cü il, saat 18:30 radələrində iki qonşu kəndin sakinləri Noqayskoye ərazisində boş yerə toplaşmağa başlayıblar, toplaşanların ümumi sayı 100 nəfər olub. Münaqişənin səbəbi iki nəfər arasında qarşılıqlı iddialar olub”, – məlumatda deyilir.