2 uşaq atası olan Tengizin köməyə ehtiyacı var – FOTObackend

Bakı şəhər Zabrat qəsəbəsində yaşayan 37 yaşlı Tengiz Göyçəyevə təcili qaraciyər köçürülməlidir.

Tengizin ailəsindən Publika.az-a bildirilib ki, ondan Hepatit B-dən qaynaqlanan qaraciyər serrozu yaranıb. Bu səbəbdən onun mədə, dalaq və digər oraqnlarının funksiyası pozulub.

2 uşaq atası olan Tengizin əməliyyatı üçün 30 min dollara (təxminən 50 min manat) ehtiyac var. Ailə imkanlı şəxslərdən və xeyriyyəçilərdən onlara kömək etməsini xahiş edir.