2 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıbbackend

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılıb.

 “Yeni Gundem”in məlumatına görə, hadisə rayonun yeni salınmış yaşayış massivindəki binalardan birində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2017-ci il təvəllüdlü Məmmədova Zöhrə Vüsal qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb. Z.Məmmədova ağır bədən xəsarətləri ilə özəl klinikalardan birinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.