20,4 qram ağırlığında qaragiləbackend

Qaragilə Ginnesin Rekordlar Kitabına düşdü!

Avstraliyada yetişdirilən qaragilə 20,4 qram çəki ilə Ginnesin Rekordlar Kitabına düşüb.

Avstraliyalı meyvə-tərəvəz istehsalçısı Kosta tərəfindən ənənəvi olaraq yetişdirilən və 2023-cü il noyabrın 13-də toplanan qaragilə dünən Ginnesin Rekordlar Kitabı tərəfindən “ən ağır qaragilə” tituluna layiq görülüb.

Açıqlamada təqribən 20 böyük yaban mersini topladıqları, lakin onlardan birinin rekord qırdığı ifadə edildi.

“Komanda dünya rekordu ilə tanınmaqdan həyəcanlansa da, keyfiyyət və dad Kosta vasitəsilə yeni sortların seçilməsində və inkişafında əsas prioritet olmaqda davam edir”, – bəyanatda deyilir.

Ginnesin Rekordlar Kitabında yerini alan nəhəng qarağatın təxminən 12 ayda yetişdirildiyi bildirilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal