20 metr hündürlüyündə Milad ağac aşdıbackend

Belçikada Milad bazarında 20 metr hündürlüyündə işıqlandırılan ağacın aşması nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı öyrənilib.

Belçikanın Oost Vlaanderen əyalətinin Oudenaarde şəhərindəki Milad bazarı fəlakətin şahidi olub.

Həmin anlar təhlükəsizlik kamerasına əks olunarkən əraziyə təcili yardım göndərilib. Ağacın altında qalan 3 qadın yaralanıb. Başından xəsarət alan 63 yaşlı qadın bütün müdaxilələrə baxmayaraq aparıldığı xəstəxanada dünyasını dəyişib. Digər yaralıların da sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Prokurorluq hadisə ilə bağlı araşdırma başlasa da, hadisə şahidləri ağacın güclü küləkdən sonra aşdığını bildirib. Belçika mediası daha əvvəl ağacın etibarlı şəkildə quraşdırılıb-qurulmadığı ilə bağlı narahatlıqların olduğunu bildirmişdi.

Digər tərəfdən, dünən Belçikanın qərbini Pia fırtınası vurub və meteorologiya xidməti sahilyanı ərazilər üçün sarı kod xəbərdarlığı edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal