200-dən çox yer bombalandıbackend

İsrail ordusu müvəqqəti atəşkəsdən sonra blokadada olan Qəzza zolağında 200-dən çox yerə hücum təşkil etdiyini açıqlayıb.

İsrail ordusundan verilən açıqlamada bu gün səhər saat 07.00-dan başlayaraq Qəzza zolağına qurudan, havadan və dənizdən hücumların edildiyi bildirilib.

Bu hücumlarda Qəzzanın şimalı ilə yanaşı Xan Yunis və Rəfah bölgələri də daxil olmaqla cənubdakı yerlərin də hədəf alındığı qeyd edilib.

Vurulan yerlərin HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına aid hədəflər olduğu iddia edilib.

 İsrailin Qəzzada “humanitar fasilə”dən sonra həyata keçirdiyi hücumlarda 109 fələstinlinin öldüyü, çoxlu sayda insanın isə yaralandığı bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal