2000 illik silah tapılıbbackend

Arxeoloqlar üzərində Roma imperatorunun adı olan 2000 illik “qurğuşun” tapıblar.

Güman edilir ki, güllənin üzərində Roma imperatoru Yuli Sezarın adı yazılıb. Julius Sezarın adı yazılmış güllə İspaniyada tapılıb və imperatorların qoşunları tərəfindən sapandla istifadə edildiyi təxmin edilir.

Arxeoloqların fikrincə, güllə çox güman ki, təbliğat məqsədilə istifadə olunub.

Mütəxəssislər tərəfindən “glans inscripta” kimi tanınan əsərin ölçüləri 4,5 x 2 santimetr, çəkisi 71 qramdır və onun içinə ərimiş qurğuşun töküldüyü qəlibdən istifadə olunduğu açıqlanıb.

Bir tərəfdə yazı “IPSCA” (ehtimal ki, naməlum İspan şəhəri), digər tərəfdə isə Sezar üçün “CAES” yazılıb.

Mütəxəssislərin fikrincə, kəşf yerli ispanların vətəndaş müharibəsi zamanı Sezarı dəstəklədiyini sübut edə bilər.

Mənbə: TrtHaber

Aynur Camal